Millimizə çağırılan Elhad Nəziri kimdir?

Millimizə çağırılan Elhad Nəziri kimdir?
XƏBƏR 1 Oktyabr 2012 / 16:41 6778
-  A +

Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya ilə qarşıdakı rəsmi oyun üçün təlim-məşq toplanışına yeni futbolçu dəvət edib.

Qol.Az-ın məlumatına görə, alman mütəxəssis hazırda Moldova çempionatında çıxış edən “Milsami”nin şərəfini qoruyan Elhad Nəzirini millinin düşərgəsinə çağırıb.

Bəs, Elhad Nəziri kimdir?

Elhad Nəziri 1992-ci ilin dekabrın 29-da Azərbaycanda anadan olub. Ampluası mərkəz müdafiəçisidir. O, vaxtilə  "Qarabağ” və “Neftçi”də oynayıb. Yayda isə “Milsami”yə keçib. Həmyerlimiz artıq cari mövsüm yeni klubunun  heyətində 2 oyunda meydana çıxıb.
 
Qeyd edək ki, Elhadın formasını geyindiyi klub hazırda Moldova çempionatında 12 komanda arasında 3-cü pillədə qərarlaşıb və 18 xala malikdi. İlk pillədə 31 xalla “Şerif”, ikinci pillədə isə 22 xalla “Daçia” qərarlaşıb.

Daha çox


Son xəbərlər