"Simurq" və "Standard" cəzalandı

XƏBƏR 19 May 2009 / 16:51 2475
-  A +

AFFA İntizam Komitəsi premyer-liqanın son turu çərçivəsində keçirilən oyunlardan sonra iki klubu eyni səbəbdən cəzalandırıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Simurq” və “Standard” sarı vərəqə limitini aşdıqlarından hərəyə min manat cərimə ödəmək məcburiyyətindədirlər. Xatırlada ki, “Simurq”un 5 futbolçusu “Xəzər-Lənkəran”la, “Standard”ın 4 oyunçusu isə MOİK-lə matçda sarı vərəqəylə cəzalanıblar.


Son xəbərlər