“Karvan”ın futbolçusu növbəti mövsüm üçün cəzalandırıldı

XƏBƏR 19 May 2009 / 16:28 2003
-  A +

“Karvan”ın oyunçusu Əziz Quliyev növbəti mövsümün ilk turunda meydana çıxa bilməz. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, buna səbəb Quliyevin cari mövsümün son turunda “Qarabağ”a qarşı keçirilən matçda qırmızı vərəqə alması olub. Ağdam təmsilçisi ilə matçda meydanı vaxtından əvvəl tərk etdiyinə görə, Əziz AFFA Intizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılıb, futbolçunun klubu isə iki yüz manat cərimə olunub.


Son xəbərlər