Aslan Kərimovdan “Qarabağ”ın azarkeşlərinə çağırış

XƏBƏR 19 May 2009 / 16:18 2483
-  A +

“Digər klublar kimi “Xəzər-Lənkəran”ın da azarkeşlərinə hörmətlə yanaşıram. Sözün açığı, onların finalda “İnter”i dəstəkləməsini də normal qəbul edirəm. Çünki “Xəzər-Lənkəran”ın Avrokuboklara yollanması məhz “İnter”in finaldakı qələbəsindən asılıdır”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri ölkə kubokunun finalında Lənkərandan 30 avtobus azarkeşin oyun günü Bakıya gələcəyi və “İnter”ə azarkeşlik edəcəyiylə bağlı yayılan məlumata münasibət bildirərkən “Qarabağ”ın kapitanı Aslan Kərimov deyib. A.Kərimov həmçinin “Qarabağ”ın azarkeşlərini daha fəal olmağa və final qarşılaşmasında sevimli komandalarına güclü dəstək verməyə çağırıb: “Amma bununla belə mən inanıram ki, final qarşılaşmasında bizim azarkeşlərimiz “İnter”in fanatlarından daha çox olacaq. Azarkeşlərimiz hər zaman bizim yanımızda olublar və bundan sonra da əminəm ki, belə davam edəcək. Biz futbolu məhz onlara görə oynayırıq. İnanıram ki, budəfəki ölkə kubokunu da məhz azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində qazanağıq. Hər bir “Qarabağ” azarkeşini final matçına gələməyə və son ana qədər bizə dəstək olmağa çağırıram”.    


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı