“Qarabağ” finalın hazırlığına başladı

XƏBƏR 19 May 2009 / 15:42 2072
-  A +

Ölkə kubokunun finalında “İnter”lə qarşılaşacaq “Qarabağ” həlledici matçın hazırlıqlarına start verib. Bazar günü “Karvan”la keçirilmiş oyundan sonra premyer-liqanı başa vuran komanda üzvləri artıq bütün diqqətini mayın 23-də baş tutacaq ölkə kubokunun finalına yönəldib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Suraxnı qəsəbə stadionunda baş tutan yeganə çalışmaya saat 11:00-də start verilib. 2 saata yaxın davam edən məşqdə sadəcə zədəsi səbəbiylə mövsümü bitirən Zaur Həşimov iştirak etməyib. Oyuna ciddi hazırlaşan komandamız 2 gündən sonra bazada təlim-məşq toplanışına yığışacaq.


Son xəbərlər