Seneqallı Xalidu Sissoko: “... Мən naxçıvanlıyam, soyadım da Süleymanovdur”

Seneqallı Xalidu Sissoko: “... Мən naxçıvanlıyam, soyadım da Süleymanovdur”
ÖLKƏ FUTBOLU 19 May 2009 / 14:33 2940
-  A +

“Bakı”nın çempionluğunda böyük rolu olan futbolçulardan biri də qapıçı Xalidu Sissokodur. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatının da iştirakçısı olmuş Xalidu artıq 5 ildir ki, “Bakı”da çıxış edir. Bu müddət ərzində “Bakı”da 10-a yaxın qolkiper olsa da, daim “zolaqlılar”ın “1 nömrə”si məhz Sissoko olub. Cari mövsümdə də istisna olmadı. Baxmayaraq ki, yeni transfer Marko Şarliya mövsümün əvvəlindən komandanın əsas qapıçısı idi. Lakin “Karvan”la oyunda buraxdığı səhvləri məşqçilər bağışlamadılar və qapını yenidən Sissokoya etibar etdilər. Seneqallı da bu etimadı artıqlamasıyla doğruldaraq, komandasının qızıl medallara yiyələnməsində müstəsna xidmətlər göstərdi. Sissoko bəzən emosionallığa yol verərək, çılğın hərəkətlər edir. Təkcə “Xəzər-Lənkəran”la oyunda polislə arasında baş vermiş insidenti yada salmaq kifayətdir. Bununla belə, Xalidu həm azarkeşlərin, həm komanda yoldaşlarının, həm də “Bakı” rəsmilərinin böyük hörmət və sevgisini qazana bilib. Buna “Bakı”nın çempionluğunu qeyd etdiyi “Fidan” restoranında bir daha əmin olduq.
Mərasimə xanımıyla birgə çox səliqəli və gözəl görünüşü olan kostyumda təşrif buyuran seneqallı qolkiper elə ilk dəqiqələrdən diqqəti üzərinə çəkdi. Damağına qoyduğu siqarı çəkməsə də, görüşünü ilə amerikalı mafiozları xatırladırdı. Restorana girər-girməz əllərini havaya qaldıraraq, “Bakı” çempion” qışqıran Xalidu zaldakıların həm alqışını qazandı, həm də daxili atmosferi bir andaca dəyişdi.
Məclisin apırıcısı Rəhim Rəhimli Xalidunu yanına çağıraraq, ona da söz verdi. Ardınca isə Rəhimli Sissokoya “haralısan” deyə sual verdi. Burada da seneqallı qolkiper cavabı ilə zaldakılar əhvalını daha da qaldırdı: “Mən Naxçıvanlıyam, soyadım da Süleymanovdur”. Bununla da Sissoko klub rəhbərliyinin məhz Naxçıvandan olmasına işarə edərək, onlara sevgisini nümayiş etdirdi.   

 

Daha çox


Son xəbərlər