Elşən Məmmədov: “Simurq”un bürünc medal qazanması təsadüfi yox, qanunauyğundur”

Elşən Məmmədov: “Simurq”un bürünc medal qazanması təsadüfi yox, qanunauyğundur”
XƏBƏR 19 May 2009 / 12:30 2130
-  A +

“Simurq”un hücumçusu, 6 qolla Vladimir Mazyardan sonra komandanın ən məhsuldar oyunçularının siyahısında ikinci olan Elşən Məmmədov klubun rəsmi internet saytına verdiyi açıqlamasında yaddaşlardan silinməyəcək mövsüm və kollektivi qarşıda gözləyən ağır sınaqlar barədə danışıb: “Çox sevincliyik. Çempionatın yekunlaşmasından bir neçə gün keçib və emosiyalar bir qədər soyuyub. Soyuq başla düşünəndə görürük ki, bu 1 il ərzində xeyli əziyyət çəkdik. Rəhbərlik, məşqçilər, futbolçular, personal - hər kəs bir nöqtəyə vurdu. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Uğurumuz təsadüfi yox, qanunauyğundur. Bu, mənim özümün də ilk medalımdır. Buna qədər müxtəlif komandalarda bir neçə dəfə medallara yaxın olsam da, hər dəfə nəsə çatmırdı. Görünür, qismət bu günə imiş. İndi bizi çətin sınaq - Avropa Liqası gözləyir. İkiqat diqqətli, məsuliyyətli olmalıyıq. Məşqlərdə, toplanışlarda ikiqat əzmlə çalışmalıyıq. Çünki ortada Azərbaycanın idman şərəfi durur. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edək".

 


Son xəbərlər