“Simurq”un futbolçusu “Milan”ın formasını geyinəcək

“Simurq”un futbolçusu “Milan”ın formasını geyinəcək
ÖLKƏ FUTBOLU 19 May 2009 / 12:22 2481
-  A +

“Xəzər-Lənkəran”"la oyundan sonra Lənkəran şəhərindəki gözəl restoranların birində “Simurq” klubunun rəhbərliyi, məşqçilər, futbolçular və texniki-inzibati personalın iştirakı ilə banket keçirilib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, klub rəhbərliyi məclisin iştirakçılarını qazanılan bürünc medallar və Avropa Liqasında vəsiqə ilə təbrik etdi, onlara minnətdatlığını bildirdi və nəticələrin ilbəil daha da yaxşılaşdırılmasının vacibliyini qeyd etdi. Səmimi, şən əhval-ruhiyyə ilə keçən banketin iştirakçılarını sürpriz də gözləyirdi. Daha doğrusu, onlardan birini. “Simurq” klubunun prezidenti Zaur Məmmədov ayrı-ayrılıqda hər bir futbolçunu təbrik edərək onları bir-birindən ayırmadığını söylədi: “Bilirsiniz ki, hamınızı çox sevirəm, heç birinizi ayırmıram. Hər biriniz mənim üçün əzizsiniz. Hamınızın qazanılan bu böyük uğurda xüsusi payı var. Lakin hamı kimi mənim də subyektiv mövqeyim var və indi öz fikrimcə, bu mövsüm “Simurq”un ən yaxşı futbolçusunun adını çəkmək istəyirəm. Ona kiçik hədiyyəm də var. Əgər o, indi üzərində çalışdığı kimi gələcəkdə də çalışsa, Azərbaycanın ən yaxşı oyunçusuna çevrilə bilər. Bu, Sergey Artyuxdur!”
Bundan sonra prezident Sergeyə yaxınlaşaraq onu bağrına basdı və hədiyyəsini - məşhur braziliyalı forvard Ronaldinyonun üzərində şəxsi imzası olan “Milan”da geydiyi orijinal 80 nömrəli futbolkanı ona təqdim etdi. Komanda yoldaşları da Artyuxa yaxınlaşıb ona təbriklərini çatdırdılar. Gecə saatlarında isə futbolçuları paytaxta aparan “Simurq”un avtobusu Bakı istiqamətində yola düşdü.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı