Hiddinkin pulunu Abramoviç verəcək

Hiddinkin pulunu Abramoviç verəcək
DÜNYA FUTBOLU 3 Dekabr 2008 / 12:52 3661
-  A +

DÇ-2012-nin seçmə mərhələsində milli komandamızla bir qrupda mübarizə apran Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkin əmək haqqı məsələsi həll edilib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssisin pulunu məhşur iş adamı Roman Abramoviç ödəyəcək. Dünyanı bürümüş maliyyə böhranına baxmayaraq «Çelsi»nin sahibi sözünün üstündə durub. Roman Abramoviç, Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko və Milli Futbol Akademiyası Fondunun rəhbəri Sergey Kapkovun birgə görüşündən sonra bu qərar qəbul olunub: «Biz razılaşdıq ki, federasiyanın baş direktoru Aleksey Sorokin ezamiyyətdən qayıdan kimi Abramoviç  RFİ-nin hesabına 5 milyon dollar köçürəcək. Nə Abramoviç, nə də Milil Futbol Akademiyası Fondunun bunda heç bir məqsədi yoxdur. Biz istəyirik ki, Hiddink gələcəyi ilə bağlı narahat olmasın və sakit şəkildə işini davam etdirsin» -  Kapkov belə deyib


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın