Millimizin yoldaşlıq oyununu yerli hakim idarə edəcək

Millimizin yoldaşlıq oyununu yerli hakim idarə edəcək
XƏBƏR 18 May 2009 / 18:12 2133
-  A +

Azərbaycan - Özbəkistan (U-21) milli komandaları arasında mayın 20-də Lənkəran şəhərində saat 18:00-da keçirilən yoldaşlıq oyununu idarə edəcək hakimlər briqadası məlum olub. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, matçın baş hakimi Anar Salmanov təyin olunub. Ona Əliyar Ağayevlə Orxan Məmmədov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə İsmayıl Rəhimov yerinə yetirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın