“Simurq” Dorosevin transferinə rəsmi münasibət bildirdi

XƏBƏR 18 May 2009 / 15:56 2157
-  A +

Mövsümü bürünc mükafatçı kimi bitirən “Simurq” tarixində ilk dəfə olaraq, ölkəmizi Avrokuboklarda təmsil etmək hüququ qazandı. Qitəmiqyaslı yarışlarda uğurlıu çıxış etmək üçün Zaqatala təmsilçisi heyətini gücləndiməlidir. Ölkə mətbuatında “Simurq”un artıq bir futbolçuyla - “Qəbələ”nin qapıçısı Anatoli Dorosevlə ortaq məxrəcə gəldiyi barədə məlumat yayılıb. Lakin “Simurq”un mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli Qol.Az-ın müxbiriylə söhbətində bu xəbəri təkzib etdi: “Dorosevlə ilkin razılığa gəldiyimiz barədə deyilənlər həqiqəti əks etdirmir. Ümumiyyətlə, komandamız hələ transfer çalışmalarına başlamayıb. Hazırda bəzi təşkilatı məsələlər var ki, onlarla məşğuluq. Yalnız bu işlər yoluna qoyulandan sonra transfer çalışmalarına başlayacağıq. Əgər hər hansı bir futbolçuyla razılığa gəlsək, bu barədə dərhal mətbuata məlumat veriləcək. O ki qaldı, “Simurq”un Dorosevlə maraqlanmağına, “Qəbələ”nin qapıçısı yaxşı futbolçudur və yaxşı futbolçu da hər zaman klubların maraq dairəsində olur”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki