Mahmud Qurbanov: “Yubiley çempionluğumu qazandığım üçün çox sevinirəm”

Mahmud Qurbanov: “Yubiley çempionluğumu qazandığım üçün çox sevinirəm”
ÖLKƏ FUTBOLU 18 May 2009 / 15:30 2395
-  A +

“Bakı”nın futbolçusu Mahmud Qurbanov daha bir rekorda imza atıb. Qol.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi dünən karyerası ərzində onuncu dəfə Azərbaycan çempionu oldu. Buna qədər “Kəpəz” (3 dəfə), “Şəmkir” (2 dəfə), “Neftçi” (1 dəfə), “Xəzər-Lənkəran” (2 dəfə) və “İnter”lə (1 dəfə) çempion adını qazanmış Mahmud bu dəfə də eyni uğuru “Bakı”yla təkrarladı. Mahmud Qurbanov bu göstəriciyə görə, Azərbaycanda rekordçudur və çətin ki, kimsə nəvaxtsa Mahmudun uğurunu təkrarlasın. Yubiley çempionluğu yaşayan Qurbanov fikirlərini Qol.Az-ın müxbiriylə söhbətində bölüşdü: “Təbii ki, çox sevinirəm. Karyeramda onuncu, həm də yubiley çempionluğumu yaşadım. Həqiqətəndə gözəl göstəricidir. “Bakı”yla çempion olmamışdım, buna da nail oldum. Amma bu uğurda komanda yoldaşlarımın da, məşqçilər korpusunun da, rəhbərliyin də böyük rolu oldu”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki