“Simurq”un kapitanı çempionatın başa çatmasına inana bilmir: “Bu mövsümü heç vaxt unutmayacam”

“Simurq”un kapitanı çempionatın başa çatmasına inana bilmir: “Bu mövsümü heç vaxt unutmayacam”
XƏBƏR 18 May 2009 / 15:12 2226
-  A +

"Çempionatın başa çatdığına sanki inanmaq olmur. 9 aylıq gərgin mübarizə o qədər güc aparıb ki, indi yalnız ailələrimizin yanına yollanıb yaxşıca dincəlmək istəyirik”. Qol.Az-ın məlumatına görə bu sözləri "Simurq"un kapitanı və lideri, sarı-qara formada keçirdiyi oyunların sayına görə komandanın rekordsmeni Mixaylo Starostyak mövsümün başa çatması və karyerasında qazandığı ilk bürünc medalların sevincini  "Simurq" azarkeşləri ilə bölüşərkən klubun rəsmi internet saytına deyib: ”Amma çətin ki, kimsə cəmi ayyarım sonra bizi Avropa Liqasında debütün gözlədiyini unuda bilsin. Bu, klubun tarixində böyük hadisədir və bütün komanda yoldaşlarımla birgə bu uğurda payımız olduğu üçüb özümüzü xoşbəxt hesab edirik. Yəqin ki, heç kimdə "Simurq"un bu uğurunun tamamilə ədalətli olduğuna şübhə yoxdur. Mən özüm isə ikiqat sevincliyəm. Vaxtilə "Şaxtyor"un heyətində həm Ukrayna çempionu, həm də gümüş medallar qazansam da, kolleksiyamda bürünc medallar yox idi. Buna görə də "Simurq"da qazandığım bu medalın gətirdiyi şirin sevinc həmişə xatirələrimdə qalacaq. Bu mövsümü heç vaxt unutmayacağam".

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı