“Simurq” iyunun 7-də bir araya gələcək

XƏBƏR 18 May 2009 / 14:33 1927
-  A +

Şənbə günü mayın 16-da Lənkəranda bu mövsüm sonuncu oyununu keçirən "Simurq" istirahətə yollanıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionatının bürünc medalçılarının iyunun 7-ə kimi yorğunluğunu çıxarmaq imkanı olacaq ki, həmin gün futbolçu və məşqçilər komandanın bazasında - Zaqatala Olimpiya İdman Kompleksində bir araya gəlməlidirlər. "Simurq" bu mövsüm Avropa Liqası yarışlarında iştirak edəcəyindən məzuniyyət həmişəkindən qısa çəkəcək. İyunun 7-də toplaşacaq komandanın 1 həftəyə yaxın Zaqatalada hazırlıq keçməsindən sonra ölkə xaricinə - təlim-məşq toplanışına yollanması nəzərdə tutulub. Toplanışın yeri və tam hazırlıq planı bir müddət sonra dəqiqləşəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki