Mazyar tarixə düşdü

Mazyar tarixə düşdü
XƏBƏR 18 May 2009 / 14:11 2163
-  A +

"Simurq"un forvardı Vladimir Mazyar Azərbaycanda 2008/09 mövsümünün ən yaxşı bombardiridirlərindən biri olub. Qol.Az-ın məlumatına görə, Premyer-liqada 12 dəfə fərqlənərək, bombardirlərinin siyahısında 3-cü yeri tutan ukraynalı hücumçu daha 9 dəfə ölkə kuboku oyunlarında fərqlənib ki, bununla ümumi qollarının sayını 21-ə çatdıraraq, bu göstəriciyə görə hamını qabaqlayıb. Ümumiyyətlə, "Simurq"da çıxış etdiyi 3 mövsüm ərzində 36 dəfə (26 qol premyer-liqada, 10 qol ölkə kubokunda) fərqlənən Vladimir hələ ki, Zaqatala klubunun tarixində ən məhsuldar futbolçudur. Qeyd edək ki, Vladimir zədə səbəbindən cari mövsümün bir neçə oyununda komandasına kömək edə bilməmişdi.

 

Daha çox


Son xəbərlər