Mourinyo: "Mançester Siti" yaxın illərdə Avropanın ən böyük komandası ola bilər"

Mourinyo: "Mançester Siti" yaxın illərdə Avropanın ən böyük komandası ola bilər"
XƏBƏR 18 Sentyabr 2012 / 18:40 1713
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Mançester Siti" ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Mançester təmsilçisinin yaxın bir neçə ildə Avropanın ən böyük komandası olacağını iddia edib:

"Roberto Mansini gəldikdən sonra "Mançester Siti" uğurlu çıxışı ilə diqqət çəkir. Komandanın ötən mövsüm İngiltərə çempionu olması da buna əyani sübutdur. Bu axşam bizi çox çətin oyun gözləyir. İlk görüşdə hər iki komanda qələbə qazanmaq istəyəcək.

La Liqada uğursuz çıxış etməyimizə baxmayaraq, axşamkı oyunda heyətdə elə də böyük dəyişiklik olmayacaq. Hazırda yalnız "Mançester Siti" ilə oyun haqda düşünürük. Rəqib çox güclüdür. "Mançester Siti" yaxında, təxminən 3-5 il sonra Avropanın ən böyük komandası ola bilər".

Qeyd edək ki, "Real" (Madrid) ÇL-in qrup mərhələsində bu axşam "Mançester Siti" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord