Bakıda FİFA-nın media seminarı keçirildi (FOTOLAR)

Bakıda FİFA-nın media seminarı keçirildi (FOTOLAR)
FIFA U-17 18 Sentyabr 2012 / 18:13 1861
-  A +

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminə artıq dörd gün qalıb. 
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, əksər FİFA nümayəndələri, çempionatda iştirak edəcək komandaların bir neçəsi artıq Bakıdadır və hazırlıq işləri son sürətlə davam etdirilir.

FİFA və Yerli Təşkilat Komitəsinin müxtəlif departamentlərinin görüşləri, seminarları və tədbirləri keçirilir, qarşılıqlı müzakirələr aparılır. Bu gün də FİFA-nın Bakıdakı baş qərargahında FİFA və Yerli Təşkilat Komitəsinin Media departamentlərinin birgə seminarı keçirilib.

FİFA TV, Məlumatın İdarəedilməsi Xidmətləri əməkdaşlarının da iştirak etdiyi tədbirdə FİFA-nın müvafiq qaydaları və tələbləri haqqında danışılıb, detallar müzakirə olunub. FİFA Media meneceri Monika Huserin başçılığı ilə təşkil olunan bugünkü görüş sabah FİFA.com əməkdaşlarının iştirakı ilə davam etdiriləcək.






















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı