"Qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam"

"Qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam"
XƏBƏR 18 Sentyabr 2012 / 17:26 2240
-  A +

“AZAL ötən tur “Qarabağ” üzərində möhtəşəm qələbə qazandı. AZAL peşəkar futbolçulardan təşkil olunmuş güclü komandadır. “Qarabağ” üzərində qələbə qazanmağımızın əsas səbəbi oyun boyu nizam-intizamı itirməməyimiz oldu. Həmin oyunda qol vurduğum üçün şadam".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun hücumçusu Zohair Benouahi PFL-in rəsmi saytına açıqlamasında deyib.

Mərakeşli futbolçu bu uğurun davamını gətirəcəklərinə inandığını bildirib: "Cari mövsüm yeni başlayıb. Cəmi 4 tur geridə qalıb. Düzdür, AZAL hazırda turnir cədvəlinin lideridir, ancaq qarşıda uzun və çətin yol var. Biz çalışacağıq ki, çempionatın sonunda da AZAL turnir cədvəlinin lideri olsun. Komandanın heyətində yüksək fərdi bacarığa malik futbolçular var. Çempionatda uğurlu start götürdük. 4 oyuna topladığımız 10 xalla ilk pillədə yer alırıq. Bunun davamının da gələcəyinə inanıram.

Cari mövsüm mənim üçün də uğurlu başladı. Rəqib qapılarına 4 qol vura bilmişəm. İnanıram ki, yenə də qollar vuracam. Ancaq mən qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam. Növbəti turda “İnter” ilə qarşılaşacağıq. Rəqibimiz güclü komandadır, çox yaxşı futbolçuları var. Mənim keçmiş komanda yoldaşım Tales Şütz də “İnter”in şərəfini qoruyur. Şütz çox yaxşı futbolçudur. Onun yeni komandası ilə uğur qazanacağına inanıram. “İnter”lə oyunda da əlimizdən gələni edib turnir cədvəlindəki mövqeyimizi qorumağa çalışacağıq”.


Son xəbərlər