Muarem Muarem: "Belə qəza bir daha təkrarlanmayacaq"

Muarem Muarem: "Belə qəza bir daha təkrarlanmayacaq"
XƏBƏR 18 Sentyabr 2012 / 16:35 1760
-  A +

"AZAL-la oyunda ombamda kəskin ağrı hiss etdim. Amma müayinə zamanı ciddi bir şey çıxmadı. Artıq ağrılar səngiyib. Sabahdan etibarən "Turan"la oyunun hazırlıqlarında iştirak edəcəyəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem klubun rəsmi saytına açıqlamasında deyib.

23 yaşlı yarımmüdafiəçi AZAL-a məğlubiyyət haqda bunları bildirib: "Hər halda AZAL özü də belə qələbə qazanacağını gözləmirdi. Bu oyun bir qəza idi. Əmin ola bilərsiz ki, bir də belə bir şey təkrarlanmayacaq. Həm də bu oyunu unutmalıyıq. Təbii ki, dərs çıxarmaq şərtiylə.

Çempionat yeni başlayıb və biz hədəflərimizə köklənməliyik. Qarşıda bizi 3 ağır səfər oyunu gözləyir. Azərbaycan çempionatının ən maraqlı özəlliyi ondan ibarətdir ki, hamının xal qazanma ehtimalı var. "Turan"la qarşıdan gələn oyun çətin olacaq. Amma Tovuzla yanaşı, Gəncə və Zaqatalada da 3 xal üçün meydana çıxacağıq. "Qarabağ"ın sözünü deməsi üçün yetərincə imkanı olacaq".


Son xəbərlər