Emin İmaməliyev: "Heç kimdən qorxmuruq, çəkinmirik"

Emin İmaməliyev: "Heç kimdən qorxmuruq, çəkinmirik"
MÜSAHİBƏ 18 Sentyabr 2012 / 15:15 3709
-  A +

“Kəpəz”in “Qarabağ”dan icarəyə götürdüyü Emin İmaməliyev  Qol.Az saytına müsahibəsində “Qəbələ” üzərindəki son qələbədən və “Qarabağ”da baş verənlərdən danışıb.

- Çoxları “Qəbələ” ilə oyunda rəqibi favorit sayırdı, amma siz qalib gəldiniz...

- Bilirdik ki, ağır oyun olacaq. Ona görə də oyuna çox ciddi hazırlaşmışdıq. Həm də doğma azarkeşlər önündə oynadığımızdan məğlubiyyıəti ağlımızdan belə keçirmirdik. Məncə, layiqli oynadıq və qələbəyə layiq idik.

- Uzun müddət idi ki, səni yaşıl meydançalardan görmürdük. “Qarabağ”da demək olar, oynamaq şansı qazanmırdın. Ancaq “Kəpəz”də Mahmud Qurbanov ilk oyundaca səni 90 dəqiqə oynatdı. Oyun praktikası baxımından əziyyət çəkmədin?

- Yox, heç bir çətinlik olmadı. Əksinə, sanki çoxdan idi oynayırdım.
 
- Bu arada “Qarabağ”dan “Kəpəz”ə keçidin necə baş verdi?

- Açığı, oynamaq istəyirdim. Elə oldu ki, Mahmud Qurbanov məni “Kəpəz”ə dəvət etdi. Mən də gedib “Qarabağ” rəhbərliyi ilə danışdım, sağ olsunlar, problem yaratmadılar. Mövsümün sonuna kimi icarə əsasında Gəncədə oynayacağam.

- Komandanın potensialı nəyə imkan verir?

- Belə götürəndə komanda ötən mövsümlə müqayisədə çox dəyişib. Hazırkı komandada 2-3 təcrübəli futbolçu var. Məsələn Azər Məmmədov, mən, Fetuçini. Qalanları hamısı 19-20-21 yaşlı gənclərdi. Onların da tam olaraq, bir-birinə uyğunlaşması, təcrübə toplaması üçün zamana ehtiyacları var.

- Növbəti turda səfərdə turnir cədvəlində ikinci pillədə qərarlaşan “Simurq”la üz-üzə gəlirsiniz. Səncə, səfərdən qələbə ilə dönə bilərsiniz?

- Çalışacağıq ki, “Qəbələ” üzərindəki uğurun davamını Zaqatalada da davam etdirək. Çoxları “Simurq”u sürpriz komanda adlandırır, amma mən deyərdim ki, onlar sürpriz deyil. “Simurq” hər il yaxşı futbol göstərir. Amma biz heç kimdən qorxmuruq, çəkinmirik.

- “Qarabağ”ın AZAL-a 2:6 hesablı məğlubiyyətini yəqin ki, sən də gözləmirdin.

- Heç cürə gözləmirdim. Həmin günü Gəncədən Bakıya qayıtdığımdan oyuna baxa bilmədim. Ancaq hesab doğrudan da gözlənilməz oldu. Çünki “Qarabağ” elə komandadır ki, hamı onlardan çəkinir. Belə bir komandanın bu cür hesabla uduzması... Nə bilim, futboldu, olur.

- Qurban Qurbanovun istefa istəyinə münasibətin necədir?

- Bir oyuna görə istefa vermək lazım deyil. Mənim fikrimcə, bu, düzgün addım deyil. Həm də yaddan çıxartmayaq ki, “Qarabağ”ın son illər qazandığı uğurlar məhz Qurban müəllimin adı ilə bağlıdır.


Anar XANLAROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord