Bakı klubunun baş məşqçisinə 5 oyunluq cəza

Bakı klubunun baş məşqçisinə 5 oyunluq cəza
XƏBƏR 18 Sentyabr 2012 / 13:26 1402
-  A +

AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatın son turunda baş verənlər də diqqətdən kənarda qalmayıb.

Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Bakı” – “Turan” matçında “Turan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Rəvan” –  “Simurq” matçının 75-ci dəqiqəsində “Simurq” klubunun 10 nömrəli futbolçusu Arzuman Nəsibov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimələnib.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Kəpəz” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cəza kəsilib. Oyunun 90+5-ci dəqiqəsində “Kəpəz” klubunun 15 nömrəli futbolçusu Elmar Əhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.

Azərbaycan I Divizionunun II turunun “Bakılı” – “Qala” matçında “Bakılı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib. Oyunun 33-cü dəqiqəsində “Qala” klubunun 14 nömrəli futbolçusu Yevgeni Myakov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub. Matçın 86-cı dəqiqəsində “Bakılı” klubunun inzibatçısı Babək Mahmudov hakimə qarşı təhqiredici hərəkətə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, kluba 500 manat cərimə tətbiq edilib. Oyun başa çatdıqdan sonra “Bakılı” klubunun baş məşqçisi Asəf Namazov hakim-inspektoru təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimələnib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki