AFFA "Neftçi" və "Xəzər Lənkəran"ı cəzalandırdı

AFFA "Neftçi" və "Xəzər Lənkəran"ı cəzalandırdı
XƏBƏR 18 Sentyabr 2012 / 13:14 2034
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın V turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının V turunun “Bakı” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib. Oyunun 8-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2 min manat cəza kəsilib. Matçda “Neftçi” klubun azarkeşləri tərəfindən 27 oturacaq, “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən isə 34 oturacaq sındırılmışdır. Bu səbəbdən hər iki klub dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın