Sumqayıtda Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başlayıb (FOTOLAR)

XƏBƏR 18 Sentyabr 2012 / 12:56 1665
-  A +

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Açıq Əyləncəli Futbol Məktəblərinin təntənəli açılışı keçirilib. Tədbirdə 200 nəfərə yaxın uşaq və 12 məşqçi iştirak edib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, Sumqayıtda açılan Açıq Əyləncəli Futbol Məktəbi bu il ölkəmizdə fəaliyyət göstərəcək 10 məktəbdən biridir. Yaxın günlərdə Qusar, Ağdam, Bərdə, Yevlax, Oğuz, Astara, Masallı, Yardımlı və Mingəçevirdə Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başlayacaq.

Qeyd edək ki, məktəblərdə çalışan məşqçi və liderlər bu il iyulun 8-dən 12-dək Gürcüstanın paytaxtı Tbilsidə və Oğuz rayonunda təşil olunmuş hazırlıq kurslarında iştirak ediblər.


























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın