“Partizan”ın baş məşqçisi: “Qrupdakı əsas rəqibimiz “Rubin”dir”

“Partizan”ın baş məşqçisi: “Qrupdakı əsas rəqibimiz “Rubin”dir”
XƏBƏR 18 Sentyabr 2012 / 11:20 2421
-  A +

“Köməkçim Rogiç ötən həftə Azərbaycana getmişdi və “Neftçi”nin ölkə çempionatındakı oyununu izləyib. Özü də bu, derbi oyunu olub (“Neftçi” - “Xəzər Lənkəran” matçı nəzərdı tutulur - red). Rəqibimiz çox sərt komandadır. Azərbaycan çempionatında çox ciddi rəqibinə qarşı oynamasına baxmayaraq, qalib gəlməyi bacardı. Düzdür, rəqib bütün “kozır”larını açmadığınından hələ də onun haqda tam düşünməyə çətinlik çəkirik. Ancaq dördüncü gün hər şeyi biləcəyik”. 

Qol.Az-ın məlumatına görə, bu sözləri Serbiya mətbuatın açıqlamasında sentyabrıb 20-də Avropa Liqasının qrup matçında “Neftçi”nin qəbul edəcək “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç deyib.

O, təmsilçimizlə matçı çox vacib hesab edir: “Ola bilsin ki, “Neftçi” ilə ilk turda, özü də evdə qarşılaşmağımız yaxşı oldu. Qrupdakı əsas rəqibimiz “Rubin”dir. Onlarla oyuna daha yaxşşı əhval-ruhiyyə ilə çıxmağımız üçün “Neftçi”ni məğlub etməliyik. Uğurlu start çox önəmlidir. Başa düşürük ki, bizi necə bir ciddi rəqiblə mübarizə gözləyir. Futbolda hər şey mümkündür. Biz gərək hər oyunda irəli doğru addım ataq”.

“Partizan”ın baş məşqçisi komandasındakı problemlərdən də danışıb: “Neftçi”nin bizə qarşı bütün gücünü ortaya qoyacağını bilirik. Onu da bilirik ki, rəqib sağlam heyətlə Belqrada gəlir. Ancaq bizim bəzi problemlərimiz var. Məsələn, Saşa İliç dizindən zıədə alıb. Həkimlər çalışır ki, o, oyun gününüə kimi hazır olsun. Saşa oynamasa, bizim üçün ciddi itki olacaq”

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi