Sneyder: "Baş məşqçi ilə aramda heç bir problem yoxdur"

Sneyder: "Baş məşqçi ilə aramda heç bir problem yoxdur"
XƏBƏR 18 Sentyabr 2012 / 02:18 1576
-  A +

"İnter" klubunun yarımmüdafiəçisi Uesli Sneyder komandanın baş məşqçisi Andrea Stramakkioni ilə aralarında olan soyuqluğa münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Twitter" sosial şəbəkəsindəki səhifəsinə yazan hollandiyalı futbolçu baş məşqçi ilə arasında heç bir problemin olmadığını vurğulayıb:

"Torino" ilə oyunda (2:0) inamlı qələbə qazandıq. Baş məşqçidən bir qədər incikliyəm. Çünki mən hər oyunda meydana çxmaq istəyirəm. Buna baxmayaraq, baş məşqçi ilə aramda heç bir problem yoxdur. Əsas heyətdə daimi oynamamağımın səbəbi baş məşqçi ilə əlaqədar deyil. Komandanın əsas parçası olduğuma inanıram. Artıq qarşıdakı oyunlara diqqət yetirməliyəm".

Qeyd edək ki, "Neftçi"nin Avropa Liqasında rəqibi olan "İnter" sentyabrın 20-də, evdə "Rubin" (Kazan) klubu ilə qarşılaşacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord