Lionel Messidən daha bir rekord

Lionel Messidən daha bir rekord
XƏBƏR 18 Sentyabr 2012 / 00:27 2241
-  A +

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni bombardirlik rekordu müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, La Liqanın ötən turunda “Xetafe”nin qapısından 2 top keçirən argentinalı hücumçu 2012-ci ildə hesabındakı qolların sayını 61-ə çatdırıb.

O, qollarından 52-ni “Barsa”nın, 9-nu Argentina millisinin heyətində vurub. Qol sayında əvvəlki nailiyyət də 2010-cu ildə Messi tərəfindən müəyyənləşdirilib. Həmin vaxt Messi 60 qola imza atmışdı.

Qeyd edək ki, “Barselona” “Xetafe”ni 4:1 hesablı məğlubiyyətə uğradıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi