Yunis Hüseynov: “Bunlar boş sohbətlərdir”

Yunis Hüseynov: “Bunlar boş sohbətlərdir”
MÜSAHİBƏ 17 Sentyabr 2012 / 18:12 5843
-  A +

Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibə verib.

- Premyer Liqanın beşinci turunda səfərdə “Neftçi”yə məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz?

- Çox gərgin bir qarşılaşmanın şahidi olduq.  İstəməzdik belə bir oyunda məğlub olaq.  Əgər “Neftçi” qapımız önündə 7-8 real qol imkanı yaradaraq, qələbə qazansaydı, bizə o qədər təsir etməzdi. Lakin belə bir şey olmadı. Bir sözlə, məğlub olunası oyun deyildi. Ancaq qalib gəldiyi üçün “Neftçi”ni təbrik edirəm. Çalışacağıq ki, növbəti oyunda qələbə qazanaq.

- 8-ci dəqiqədə erkən qolla hesabda irəli çıxsanız da, bu nəticəni qoruya bilmədiniz. Buna səbəb nə idi?

- İlk öncə deyim ki, ələ düşən imkanlardan istifadə edə bilmədik. Bundan başqa, futbolçuların çoxunda qol vurduqdan sonra arxayınçılıq yarandı. Bunun nəticəsi kimi qapımızda qollar gördük.

-  Necə düşünürsünüz, bu oyunda Elnur Allahverdiyevin yeri çoxmu göründü?

- Əgər Elnur “Neftçi”yə qarşı forma geyinsəydi, daha yaxşı olardı. Onun yoxluğu öz sözünü dedi. 

- Oyundan sonra keçirilən mətbuat konfransı zamanı bildirmisiniz ki, “Biz oynadıq, “Neftçi” qalib gəldi”. Rəqibinizin baş məşqçisi Böyükağa Hacıyev isə buna cavab olaraq, “Yunisdi deyir, qoy, desin” söyləyib...

- Böyükağa Hacıyev həmin anda başqa bir söz deməyib. Birdə ki, bu mənim şəxsi fikrimdir. Böyükağa müəllim bu fikirlə razılaşmaya da bilər. Lakin mən bir məşqçi kimi həmin oyunda öz komandamın  rəqibdən daha yaxşı çıxış etdiyini düşünürəm.

- Hacıyev eyni zamanda “Partizan”ın məşqçisinin bu qarşılaşmanı izlədiyini nəzərə alaraq, bilərəkdən səviyyələrindən aşağı çıxış etdiklərini də söyləyib.

- İnşallah, təki çalışsınlar ki, “Partizan”la yaxşı oynasınlar. Ola bilsin, baş məşqçi taktiki gedişdən istifadə edib. Lakin mən buna inanmıram. Fikrimcə, “Neftçi” həmin görüşdə var gücüylə oynamışdı. Siz də bilirsiniz ki, derbi oyunlarda hər iki komanda bütün gücünü ortaya qoyur. Buna görə bunları boş-boş sohbətlər hesab edirəm.

- “Qarabağ” dünən AZAL tərəfindən 2:6 hesabıyla darmadağın olundu. Bundan sonra baş məşqçi Qurban Qurbanov istefa vermək haqda düşündüyünü söyləyib. Bir məşqçi kimi Qurban Qurbanovun addımına necə şərh verərdiniz?

- Həmin oyuna baxmasam da, nəticə haqda mətbuat vasitəsiylə öyrəndim. Bildim ki, AZAL həmin gün çox yaxşı oyun göstərib. Lakin  bir oyunun nəticəsinə görə istefa vermək düzgün olmazdı. Qurban müəllim neçə ildi “Qarabağ”da çalışır, uğurlara imza atıb. Bir oyuna görə Qurban Qurbanovun istefa verməsini istəməzdim.


Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı