Fabreqas: "Arsenal" bu mövsüm təəccübləndirəcək"

Fabreqas: "Arsenal" bu mövsüm təəccübləndirəcək"
XƏBƏR 17 Sentyabr 2012 / 17:58 2097
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas sabiq komandası - "Arsenal" haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "The Sun"a danışan ispaniyalı futbolçu "Arsenal"ın bu mövsüm hər kəsi təəccübləndirəcəyini bildirib:

"Arsen Venger qeyri-adi məşqçidir. O hər zaman gənc futbolçulara üstünlük verir və yaxşı heyət qurmağı bacarır. Demək olar ki, hər həftə "Arsenal"ın oyunlarını canlı izləyirəm. Bu komanda mənim üçün çox şey ifadə edir. Londonda 8 il möhtəşəm il keçirdim. Həqiqətən də o vaxtlar mənim üçün çox önəmlidir. Düşünürəm ki, "Arsenal" bu mövsüm hər kəsi təəccübləndircək".

Qeyd edək ki, 2003-2011-ci illərdə "Arsenal"ın şərəfini qoruyan 212 oyun keçirən Fabreqas 35 qola imza atıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı