"Partizan" – "Neftçi" matçının baş hakimi müəyyənləşdi

"Partizan" – "Neftçi" matçının baş hakimi müəyyənləşdi
XƏBƏR 17 Sentyabr 2012 / 16:46 2358
-  A +

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turunda Serbiyanın “Partizan” və Azərbaycanın “Neftçi” komandaları arasında keçiriləcək oyunun baş hakimi müəyyənləşib.

Sentyabrın 20-də baş tutacaq qarşılaşmaya çexiyalı referi Libor Kovarik təyinat alıb.

Belqrad şəhərindəki “Partizan” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə 00:05-də başlanacaq.

Qeyd edək ki, 36 yaşlı Libor Kovarik 2006-cı ildən beynəlxalq oyunları idarə edir (Lent.az).


Son xəbərlər