"Xəzər Lənkəran" - "Simurq" matçının keçiriləcəyi stadion bəlli oldu

XƏBƏR 17 Sentyabr 2012 / 15:21 2154
-  A +

Premyer Liqanın IV turundan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" matçının artıq keçirilmə yeri müəyyənləşib.

"Simurq"un mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Georgi Çixradzenin komandası sentyabrın 20-də, saat 18:00-da Zaqatala şəhər stadionunda cənub klubunu qonaq edəcək.

Qarşılaşma İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq. XVI tur çərçivəsində keçiriləcək "Simurq" - "Xəzər Lənkaran" matçı isə Lənkəranda baş tutacaq.

Xatırladaq ki, "Xəzər Lənkəran"ın stadionunda U-17 qızlar arasında dünya çempionatına hazırlıq çərçivəsində yenidənqurma və abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq bu qarşılaşma təxirə salınmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı