Mourinyo: "Hədəfimiz birinclik deyil, qrupdan çıxmaqdır"

Mourinyo: "Hədəfimiz birinclik deyil, qrupdan çıxmaqdır"
XƏBƏR 17 Sentyabr 2012 / 14:05 2055
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. 

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan portuqaliyalı mütəxəssis əsas hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib:

"Dörd böyük çempionatın çempionları bir qrupda cəmləşib. Əsas hədəfimiz 6 matçın hamısını qazanmaq deyil, qrupdan çıxmaqdır. Təbii ki, xallar bir qədər paylanacaq. Ancaq "Real" böyük komandadır. Daha çox motivasiya olsaq və yaxşı oynasaq, bu mövsüm ÇL-də 10-cu çempionluğu qazana bilərik".

Qeyd edək ki, D qrupunda yer alan "Real" "Mançester Siti" (İngiltərə), "Borussiya" (Dortmund) və "Ayaks" (Hollandiya) klubları ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord