AZAL rekordunu təkrarladı, “Qarabağ” ilk dəfə 6 qol buraxdı

AZAL rekordunu təkrarladı, “Qarabağ” ilk dəfə 6 qol buraxdı
XƏBƏR 17 Sentyabr 2012 / 13:39 2080
-  A +

Azərbaycan Premyer Liqasının V turunun ən gözlənilməz nəticəsi AZAL – “Qarabağ” matçına təsadüf edib.
 
Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, bu turadək ilk 2 pillədə qərarlaşan komandaların oyununda hər 2 tərəfin qələbəsi gözlənilən olsa da, böyük hesablınəticə tura rəng qatıb.

8 qolun vurulduğu matçda AZAL-ın 6:2 hesabı iləqalib gəlməsi ilə hər 2 klub üçün tarixi nəticə əldə olundu. “Qarabağ” tarixində 6-cı dəfə 4 top fərqi ilə məğlub oldu. Antirekordunu təkrarlayan komanda əvvəllər 5 dəfə belə ağır yenilgi almışdı. Sonuncu dəfəbuna 7 il, daha dəqiqi 2692 gün əvvəl təsadüf olunmuşdu.

21.11.1999 Qarabağ (Ağdam) - Şəmkir 1 - 5
24.09.2000 Şəmkir - Qarabağ (Ağdam) 5 - 1
04.11.2000 Qarabağ (Ağdam) - Neftçi (Bakı) 0 - 4
22.09.2001 Şəmkir - Qarabağ-Azərsun (Ağdam) 5 - 1
24.05.2005 Turan (Tovuz) - Qarabağ (Ağdam) 4 - 0

“Qarabağ” tarixində ilk dəfə Azərbaycan çempionatında 6 qol buraxdı. İndiyədək ən pis halda ağdamlılar 5 qolla uduzmuşdu. Bu da 20 ildə cəmi 4 dəfə yaşanmışdı.Sonuncu belə hal 11 il və ya 4012 gün öncə baş vermişdi.

21.11.1999 Qarabağ (Ağdam) - Şəmkir 1 - 5
24.09.2000 Şəmkir - Qarabağ (Ağdam) 5 - 1
05.05.2001 Qarabağ (Ağdam) - Turan (Tovuz) 2 - 5
22.09.2001 Şəmkir - Qarabağ-Azərsun (Ağdam) 5 - 1

AZAL Premyer Liqada özünün ən böyük hesablı qələbəsini qazanmağa yaxın olsa da oyunun sonunda buraxılan 2 qolla rekorddan uzaq düşdü. Belə ki, “təyyarəçilər” 2 dəfə5 top fərqi ilə də qalib gəlib.

10.05.2009 MOİK (Bakı) - Olimpik (Bakı) 1 - 6
16.10.2010 AZAL (Bakı) - İnter (Bakı) 5 - 0

Lakin AZAL 1 oyunda 6 qol vurmaqla 2 dəfə nail olduğu şəxsi rekordunu növbəti dəfətəkrarladı.

10.05.2009 MOİK (Bakı) - Olimpik (Bakı) 1 - 6
07.03.2012 AZAL (Bakı) - Sumqayıt Şəhər 6 - 3


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı