Rövnəq Abdullayev “Neftçi”nin üzvləri ilə görüşdü

Rövnəq Abdullayev “Neftçi”nin üzvləri ilə görüşdü
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2012 / 12:53 3110
-  A +

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə "Neftçi" klubunun kollektivini qəbul edib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, Rövnəq Abdullayev "Neftçi"nin bu nailiyyətini Azərbaycan futbol tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirib: "UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız münasibətilə sizi Respublika Prezidenti cənab İlham Əliyevin adından təbrik edirəm. Bu uğuru qazanmaqla "Neftçi" ölkəmizin futbol tarixində yeni bir səhifə açdı. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsində də əzmkar mübarizə aparmaqla "Neftçi" bizi sevindirməkdə davam edəcək. Artıq 5 gündən sonra Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaqsınız. Hər birinizə məlumdur ki, ilk oyunun nəticəsi çox əhəmiyyətlidir. Ümidvaram ki, bu oyunda müsbət nəticə əldə etməklə özünəinam hissinizi də gücləndirəcək və gələcək uğurların əsasını qoyacaqsınız".

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev çıxış edərək bu nailiyyətin qazanılmasında "Neftçi"nin hər bir üzvünün payı olduğu kimi, futbolun inkişafı məqsədilə AFFA-nın müəyyənləşdirdiyi strategiyanın da böyük rol oynadığını bildirib və komandaya verdiyi dəstəyə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

"Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov kluba göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, "Neftçi"nin UEFA Avropa Liqasında keçirəcəyi oyunlar üçün hazırlanmış və üzərində "Rövnəq Abdullayev" yazılmış 75 nömrəli formanı AFFA prezidentinə hədiyyə edib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.














Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın