Bakıda “Live your goals” festivalı

XƏBƏR 17 Sentyabr 2012 / 12:21 1173
-  A +

Bu gün Bayıl stadionunda “Live your goals” festivalı keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, tədbir saat 18:00-da başlayacaq. Saat 17:30-da isə festivala həsr olunmuş mətbuat konfransı təşkil ediləcək.

Xatırladaq ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı “Live your goals” festivalı olacaq. Buna qədər ilk dəfə mart ayında AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqustda isə Masalı Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki