Adrian Pit: “Hakim oynamağa imkan vermirdi”

Adrian Pit: “Hakim oynamağa imkan vermirdi”
XƏBƏR 17 Sentyabr 2012 / 11:20 2570
-  A +

“Neftçi” ilə oyun çox çətin keçdi və bu gözlənilən idi. Hər kəs də gördü ki, rəqib gücünə qənaət etmədi və tam gücü ilə mübarizə apardı”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər Ləkəran”ın rumıniyalı futbolçusu Adrian Pit deyib.

O, Azərbaycan Premyer Liqasının V turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətin səbəbini bu cür izah edib: “Oyuna pis başlamadıq. İlk hissədə yaxşı oynadıq, qol da vurduq. Ancaq təəssüf ki, hesabı qouya bilmədik və iki top buraxaraq, məğlub olduq. Qol buraxmışıqsa, deməli, səhvlərimiz olub. Mən məğlubiyyətə görə, gənc qapıçımızı günahlandırmazdım. Orxan gənc qapıçıdır və bu cür səhvlər bütün gənc qapıçıların başına gəlir. Uduzmuşuqsa, bütün komanda günahkardır”.

Rumıniyalı futbolçu görüşün baş hakimi Fariz Yusifovun idarəçiliyindıən narazı qalıb: “Məğlubiyyətə görə ilk günahkar təbii ki, özümüzük. Ancaq hakim də oynamağa imkan vermirdi. O, yeri gəldi-gəlmədi fit verib oyunu saxlayırdı. Bir neçə epizodda topun bizdə olmasına baxmayaraq, oyunu saxlayıb cərimə zərbəsi təyin edir, kəsərli hücumlarımızın qarşısını alırdı”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı