"Partizan"ın hücumçusu: "Neftçi" ilə oyunda qələbə qazanmağa borcluyuq"

"Partizan"ın hücumçusu: "Neftçi" ilə oyunda qələbə qazanmağa borcluyuq"
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2012 / 03:42 2846
-  A +

"Neftçi" ilə oyunöncəsi möhtəşəm qələbə qazandıq. "Hayduk"la oyundakı qələbə (5:2) sayəsində liderliyi ələ keçirdik. Çempionatda işlərimiz qaydasında gedir. Daxili çempionatla yanaşı, Avropa Liqasına da uğurlu start vermək istəyirik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Partizan" klubunun hücumçusu Aleksandr Mitroviç deyib.

Serbiya mətbuatına danışan 17 yaşlı futbolçu komandasının "Neftçi" ilə oyunda qələbə qazanmağa borclu olduğunu bildirib: "Bildiyimizə görə, "Neftçi" də çempionatın son turunda vacib qələbə qazanıb.

Bu qələbədən sonra rəqibin Serbiyaya yüksək əhval-ruhiyyə ilə gələcəyi şübhə doğurmur. Düşünürəm ki, biz doğma meydan amilindən maksimum yararlanmalıyıq. Artıq rəqib haqda lazımi məlumatlar əldə etmişik. Matçın çətin keçəcəyini indidən söyləmək olar. Təbii ki, rəqibə hörmətlə yanaşmalıyıq. Bununla belə, "Neftçi" ilə oyunda qələbə qazanmağa borcluyuq".

Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu sentyabrın 20-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 

Daha çox


Son xəbərlər