«Qarabağ» 2008-ci il futbol mövsümünü yola saldı

«Qarabağ» 2008-ci il futbol mövsümünü yola saldı
XƏBƏR 3 Dekabr 2008 / 11:42 3566
-  A +

Dünən Ağdamın «Qarabağ» klubu premyer-liqanın birinci dövrəsinin yekunu ilə bağlı tədbir keçirib. Tədbirdə klubun rəhbərliyi, futbolçular və jurnalistlər iştirak ediblər. Bununla da «Qarabağ» 2008-ci il futbol mövsümünü yolla salıb.
Tədbiri klubun vitse-prezidenti Tahir Gözel və “Azersun Holdinq” şirkətlər qrupunun baş direktoru Fevzihan Aras açıb. T.Gözel bu görüşün ənənəvi olduğunu və davam edəcəyini, eyni zamanda fikir mübadilələri aparacaqlarını bildirib. Klub başçısı media mənsublarından “Qarabağ”ın hazırkı durumunu dəyərləndirməyi, Azərbaycan futbolu naminə görülməli işlərin mümkünlüyü barəsində fikirlərini soruşub.
O, uşaq futboluna diqqət verdiklərini, tezliklə Türkiyədən tanınmış uşaq məşqçiləri gətirəcəklərini və sistem halında çalışacaqlarını bildirib. Eyniylə baza probleminin də həll edəcəklərini, dünyada davam edən iqtisadi böhrana baxmayaraq, işlərini sonadək bitirəcəkələrini vurğulayıb.
Məşqçiləri də unutmayan Tahir Gözel əvəzedicilərlə yanaşı son oyunlarda möhtəşəm forma yığmış əsas komandadan da uğur gözlədiyini gizlətməyib. Rəhbərlyin sona qədər komandanı, gənc çalışdırıcı Qurban Qurbanovu dəstəkləyəcəyini bildirib.  Ardınca klub rəhbəri əvəzedici komandnın üzvləri ilə rəqs edib.

 


Son xəbərlər