“Xəzər Lənkəran”dan səs çıxmadı, “Simurq” Zaqatalaya qayıtdı

XƏBƏR 16 Sentyabr 2012 / 22:41 2739
-  A +

Sentyabrın 20-də IV turdan təxirə salınan “Xəzər Lənkəran”-“Simurq” matçının hansı stadionda oynanılacağı hələ də məlum deyil.

Qol.Az-ın məlumatına görə, dünən Bakıda “Rəvan”ı 2:0 hesabıyla məğlub edən Zaqatala təmsilçisi bu gün də futbolçularını paytaxtda saxlayaraq, Lənkəran klubundan cavab gözləyib.

Lakin axşam saatlarına qədər xəbər olmadığını görüncə, yenidən Zaqatalaya dönməyə qərar veriblər. Komanda sabah doğma rayonda hazırlıqlarını davam etdirəcək.

Qeyd edək ki, Lənkəran şəhər stadionu 17 yaşadək qızların dünya çempionatını qəbul edəcəyindən “Xəzər Lənkəran” “Simurq”u başqa stadionda qəbul etməlidir. Həmin stadionu isə lənkəranlılar özləri seçb adını bu gün axşam saatlarına kimi Peşəkar Futbol Liqasına (PFL) bildirməliydilər.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı