Azərbaycanlı yeniyetmə Rusiya millisinə çağırıldı

XƏBƏR 16 Sentyabr 2012 / 16:20 2658
-  A +

Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasına milliyyətcə azərbaycanlı olan futbolçu çağırılıb.

Qol.Az-ın “Sport-ekspress” qəzetinə istinadən yaydığı məlumata görə, 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə oyununa dəvət alan 23 oyunçu arasında azərbaycanlı Ayaz Quliyev də var.

A.Quliyev yarımmüdafiəçidir, milliyə “Spartak”ın akademiyasından çağırılıb. O, sentyabrın 25-dən 30-dək Çexiyada keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.


Son xəbərlər