Mourinyo: “Bu gün mənim komandam yoxdur”

Mourinyo: “Bu gün mənim komandam yoxdur”
XƏBƏR 16 Sentyabr 2012 / 12:38 3552
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo komandasının dünən ölkə çempionatında “Sevilya”ya 0:1 hesablı məğlubiyyətini şərh edib.

Qeyd edək ki, bu, artıq dörd turu arxada qalan cari İspaniya çempionatında “Kral klubu”nun ikinci məğlubiyyəti olub. Son ölkə çempionunu əsas rəqibi “Barselona” isə səkkiz xal qabaqlayır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, “Sevilya” ilə matçdan sonrakı mətbuat konfransında Mourinyo komandasını tənqid edib.

“Həm birinci, həm də ikinci hissədə biz çox pis oynadıq. “Sevilya” layiqli qələbə qazandı kı, buna görə də onlara təbrik düşür. Bizdə qalib gəlmək ruhu itib. Demək olar ki, bu gün mənim komandam yoxdur” – deyə o vurğulayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı