"Partizan"dan "Neftçi" ilə oyunöncəsi darmadağın

"Partizan"dan "Neftçi" ilə oyunöncəsi darmadağın
XƏBƏR 16 Sentyabr 2012 / 02:09 2911
-  A +

Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubu Serbiya çempionatında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Belqrad təmsilçisi öz meydanında "Hayduk" klubunu qəbul edib.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Partizan" ikinci hissədə daha 3 qol vurmaqla görüşdən 3 xalla ayrılıb - 5:2. Bu qələbə sayəsində "Partizan" klubu 12 xalla turnir cədvəlinin zirvəsini ələ keçirib.

Qeyd edək ki, "Partizan" klubu Avropa Liqasında ilk görüşünü sentyabrın 20-də, öz meydanında "Neftçi"yə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Son xəbərlər