Azərbaycan klubu yenə qələbə qazana bilmədi

Azərbaycan klubu yenə qələbə qazana bilmədi
XƏBƏR 16 Sentyabr 2012 / 01:36 1760
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi 8-ci turda səfərdə "Malavan" klubu ilə qarşılaşıb.

Ötən tur xal itkisi ilə üzləşən "Traktor Sazi" bu dəfə də qələbəyə həsrət qalıb. Bu görüşdə hərəyə bir dəfə fərqlənən komandalar meydanı bir xalla tərk ediblər - 1:1.

Qeyd edək ki, "Traktor Sazi" 8 turdan sonra 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı