Araz Nəsirov: «PFL hakimlərin işinə nəzarəti ciddi səviyyədə qurmayıb»

XƏBƏR 2 Dekabr 2008 / 18:25 3599
-  A +

«PFL haqlı olduğumuzu qəbul etməlidir. Düzü, bu dərəcədə ədalətsiz qərarla üzləşəcəyimizi heç gözləmirdik. PFL futbolumuzun imicinə ciddi zərbə vura biləcək qərar çıxarıb. İndi ədaləti bərpa etmək üçün AFFA prezidenti Rövnəq Abdullayevə bel bağlayırıq». Qol.Az-ın məlumatına görə, bu sözləri «Simurq» - «Lənkəran» oyunundakı hakimliyin səviyyəsinə münasibət bildirən Lənkəran klubunun vitse-prezidenti Araz Nəsirov deyib: «İnanırıq ki, o hüququmuzun pozulmasına imkan verməyəcək. Mətbuat konfransı keçirmək fikrimiz də var - bir daha futbol ictimaiyyətinə əmin etməyə çalışağıq ki, PFL hakimlərin işinə nəzarəti ciddi səviyyədə qurmayıb və onların qiymətlərini süni şəkildə artırmaqla real vəziyyəti kölgədə qoymaq istəyir».


 


Son xəbərlər