Rəşad Sadıqov "Qarabağ"ın 800-cü qolunu vurdu

XƏBƏR 20 Avqust 2012 / 14:16 2669
-  A +

Rəşad Sadıqov “Qarabağ”ın tarixinə düşüb.

30 yaşlı müdafiəçinin Premyer Liqanın III turunun “Sumqayıt”la oyununda vurduğu qol klub tarixinə çempionatlardakı 800-cü qol kimi düşüb.

Bu matçadək ağdamlılar 798 dəfə rəqib qapılarına yol tapmışdı. Rəşad 6:1 hesabı ilə başa çatan görüşün 21-ci dəqiqəsində penaltidən komandasının ikinci qolunu vurmaqla 800-cü qolun müəllifi olub.

Bu qol komandanın ölkə çempionatlarındakı 560-cı matçında vurulub. “Qarabağ” “Neftçi” və “Kəpəz”dən sonra 800 qol səddini arxada qoyan 3-cü komanda olub.

“Qarabağ”ın çempionatdakı qolları mövsümlər üzrə:

mövsüm

adı

Ümumi qol sayı

Texniki qələbə

Vurulan qol

1992

Qarabağ (Ağdam)

77

1

74

1993

Qarabağ (Ağdam)

25

2

19

1993/94

Qarabağ (Ağdam)

61

3

52

1994/95

Qarabağ (Ağdam)

42

2

36

1995/96

Qarabağ (Ağdam)

51

 

51

1996/97

Qarabağ (Ağdam)

61

 

61

1997/98

Qarabağ (Ağdam)

43

2

37

1998/99

Qarabağ (Ağdam)

53

1

50

1999/2000

Qarabağ (Ağdam)

21

 

21

2000/01

Qarabağ (Ağdam)

21

1

18

2001/02

Qarabağ-Azərsun (Ağdam)

41

0

41

2003/04

Qarabağ-Azərsun (Ağdam)   

63

1

60

2004/05

Qarabağ (Ağdam)

61

2

55

2005/06

Qarabağ (Ağdam)

32

 

32

2006/07

Qarabağ (Ağdam)

20

 

20

2007/08

Qarabağ (Ağdam)

25

 

25

2008/09

Qarabağ (Ağdam)

35

 

35

2009/10

Qarabağ (Ağdam)

31

 

31

2010/11

Qarabağ (Ağdam)

41

 

41

2011/12

Qarabağ (Ağdam)

37

 

37

2012/13

Qarabağ (Ağdam)

8

8

849

15

804


“Qarabağ”ın çempionatdakı tarixi qolları

N Oyunçu Rəqib Yer Dəq. Mövsüm Tarix
1 Mehman Alışanov İnşaatçı(Sabirabad) e 4 1992 03.05.1992
100  Səttar Əliyev Xəzər (Sumqayıt) e 68 1993/94 30.09.1993
200 Müşfiq Hüseynov Kür-Nur (Mingəçevir) e - 1995/96 01.10.1995
300 Bəxtiyar Musayev Neftçi (Bakı) e 64 1997/98 22.11.1997
400 Elmir Xankişiyev Şəfa (Bakı) s 13 1999/2000 03.04.2000
500 Eldəniz Məmmədov Şahdağ-Samur (Qusar) s 89 2003/04 13.09.2003
600 Vasif Haqverdiyev MOİK (Bakı) e 14 2005/06 29.04.2006
700 Rəşad Sadiqov Qəbələ (Qəbələ) s 78 2009/10 06.12.2009
800 Rəşad Sadıqov Sumqayıt (Sumqayıt) s 21 2012/13 19.08.2012


1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda qeyd olunmayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord