«Futbol saatı» verilişində danışan Anar Nəzirovun özü olmayıb» (YENİLƏNİB-2)

XƏBƏR 2 Dekabr 2008 / 16:55 3820
-  A +

Dünən «Xəzər» TV-də «Futbol saatı» verilişində «Neftçi» komandasının qapıçısı Anar Nəzirovla telefon bağlantısı yaradılıb. Lakin Qol.Az saytının əldə etdiyi məlumata görə, canlı bağlantıya gənc qapıçının özü çıxmayıb.
«Neftçi» komandasının mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı əməkdaşımızla söhbətində Anar Nəzirovun əvəzinə başqa birisinin telefon bağlantısına çıxdığını söyləyib: «Verilişdə danışan adam guya
Anar Nəzirovun komandadan uzuqlaşdırılması barədə xəbərin futbolçuya mənim tərəfimdən çatdırıldığını dedi. Əslində bu xəbəri ona oyundan sonra soyunub-geyinmə otağında klubun vitse-prezidenti İlqar Quluzadə verib. Bu zaman mən baş məşqçi Gedeylə birgə mətbuat konfransındaydım».
Məsələylə bağlı Anar Nəzirovun özüylə əlaqə saxlamaq istəsək də, telefon zənglərimiz cavabsız qaldı.

Əldə etdiyimiz yeni xəbərə görə, telefon bağlantısında Anar Nəzirovun əvəzinə Bakının «Standart» komandasının şərəfini qoruyan futbolçulardan biri danışıb. 

"Futbol saatı" verilişinin aparıcısı Ceyhun Rzayev Qol.Az-a açıqlamasında onlara da bu barədə məlumat olduğunu söyləyib: "Anar mənim qohumum və qardaşım deyil ki, onun səsin tanıyam". 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı