Tanış olun: Toğrul Əsgərov!

Tanış olun: Toğrul Əsgərov!
LONDON-2012 11 Avqust 2012 / 23:07 6682
-  A +

Bu gün sərbəst güləş yarışında birinci yeri tutaraq London olimpiadasında Azərbaycana qızıl medal qazandıran Toğrul Əsgərov 1992-ci ilin sentyabrın 17-də Gəncə şəhərində anadan olub.

Qol.Az-ın məlumatına görə, hələ 20 yaşı tamam olmayan idmançımızın ilk ciddi uğuru 2008-ci ilə təsadüf edir. Həmin il o, yeniyetmələr arasında Avropa çempionu olub. Bir il sonra o, eyni uğuru yenə təkrarlayıb.

2010-cu ildə Əsgərov bir daha yeniyetmələr arasında qitə çempionu olub. Həmin il Moskvada keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yeri tutub.

Bu il Belqradda təşkil olunan kişilər arasında Avropa çempionatında Toğrul çempion adını qazanıb.

Gənc idmançının hələlik ən böyük uğuru isə təbii ki, bu gün olimpiya oyunlarında qazandığı qızıl medaldır.  

 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!

16.11.18  16:10

Ramos 100-ə çatdı