Eli nursuz qoyma, cır polis vəsiqəni!

Eli nursuz qoyma, cır polis vəsiqəni!
XƏBƏR 2 Avqust 2012 / 19:25 10433
-  A +

Olimpiya çempionumuz elə ilk rəqibinə boyun əydi. Nə qədər qəribə olsa da bu gözlənilirdi…

Elnurun Pekin Olimpiadasından sonra başını itirməsi haqda çox danışıldı çox deyildi. Amma xeyri olmadı, Elnuru gah Aygün Kazımovanın ad günündə, gah Röyanın xınayaxdısında, gah da yol polisliyi edəndə gördülər. Elnur 2008-də üzündə o olan məsum nuru itirmişdi. İndi sadəcə Olimpiya çempionu deyildi, həmdə “svetskiy tusovşik”ə çevrilmişdi. Bunun üstünə yol polisində işə başlaması gəlincə məsələ bitdi.

Artıq Elnur idmançıdan çox “qaişnik” idi. Indi o yollarda, trasslarda dayanır, reydlər zamanı avtomobilləri saxlayıb sürücülərin sənədlərini yoxlayırdı. Bu peşənin ölkəmizdəki dədə-baba adət-ənəsinə uygun rüşvət alıb almamasını dəqiq deyəmmərəm. Əminəm almayıb və bəlkə də buna görə yeni həmkarları arasında ölkədə tək və yekdi.  Çünki, Elnur 5-10 manat “tulapayına” ehtiyacı olan və bunca alçalacaq ogul deyil.  Yaxın-uzaq tanışlarının sözlərinə görə Elnur Məmmədli ümumiyyətlə çox yaxşı və  şəxsiyyətli oglandı.  Bilmirəm Elnurun təhsili nə yerdədi. İdmançılarımızın ümümi təhsil səviyyəsi ilə eynidisə onda onu hardasa başa düşmək olar. Bu tək Elnurun yox bütün ölkənin başlıca problemidi. Bəlkə də Elnur kasıb ailədən olub və birdən birə göydən tökülən sərvətlər başını gicəlləndirib.  Təəssüf ki, bu gicəllənmənin kef və həzz tərəfli oldugu kimi Londondakı yıxılmayla bitən acı sonu da var.

Elnur heç kimin tanımadığı kanadalıya məğlubiyyətdən sonra deyib ki “məni tək buraxın nə baş verdiyini düşünüm”.  Bunu 4 il əvvəl düşünsə nə gözəl olardı. Amma ruslar demiş “luçşe pozdno çem nikoqda”.  Bizim istəyimiz Allahın verdiyi istedadı bu qədər tez xərcləməməsidi. İnanıram ki, “qaishnik” vəsiqəsini cırıb atsa, kübar həyata “əlvida” deyib Pekindən öncəki Elnur olsa 4-8-12 il sonra yenə də Olimpiya zirvəsinində görəcəyik. ELNUR MƏMMƏDLİ AZƏRBAYCANA CÜDOÇU KİMİ LAZIMDI “QAİŞNİK”, MƏMUR, “TUSOVŞİK” KİMİ YOX!!!

Sonda bütün cüdoçularımızdan daha çox London fiaskosunda günahkar saydıgım Ağayar Axundzadəyə, ippon dalınca ippona düşən, fiziki cəhətdən ölü komandanın baş məşqçisinə səslənmək istəyirəm! Bunacan etdiklərinizə görə sağ olun amma istefanızı gecikdirmisiz bu addımı Pekindən dərhal sonra atmalıydız ki, Londonda bugünlərə qalmayaq! Rusiya italiyalı baş məşçinin sayəsində reytinqi olmayan cüdoçularla iki qızıl qazanıb, bəlkə mənasız legionerlərə tökülən pulların kiçik bir hissəsini də cüdo yığmamıza dünyaca ünlü bir baş məşqçi gətirməyə sərf edək? Axı bu biabirçı durumda da işıq ucu görünür. Rüstəm Orucovun olimpiya çempionuna məglubiyyətini xatırlayın. Əgər rus idmançının məşqçisinin yerində Agayar müəllim və ya əksinə onun yerində Rusiya millisinin baş məşqçisi olsa Rüstəm bəlkə də indi Olimpiya Çempionu idi. Rüstəmlə Elnurla Elmarla yanaşı kifayət qədər güclü gənc cüdoçularımız var. Bu gəncləri Olimpiya zirvəsinə çıxardası baş məşqçi lazımdı!

Anar ŞABANOĞLU

MÜƏLLİFİN DİGƏR YAZILARI

05.02.15

Son xəbərlər