Heybətulla Hacəliyev mübarizəni dayandırdı (YENİLƏNİB)

Heybətulla Hacəliyev mübarizəni dayandırdı (YENİLƏNİB)
LONDON-2012 1 Avqust 2012 / 03:14 10195
-  A +

Bu gün XXX London Yay olimpiadasında daha bir boksçumuz rinqə çıxıb.

Qol.Az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində Heybətulla Hacəliyev mübarizəyə qoşulub.

Yarışa 1/16 final mərhələsindən qatılacaq Hacəliyev bu mərhələdə Tunis təmsilçisi Abderrazak Houyanla qarşılaşıb. Həmin görüş Bakı vaxtı ilə saat 03:00-da başlayıb.

İlk raund Heybətullanın üstünlüyü ilə keçib - 6:3. Təmsilçimiz ikinci raundu da öz xeyrinə başa vurub - 11:8. Üçüncü raund isə tamamilə rəqibin üstünlüyü ilə keçib və Hacıəliyev yekunda rəqibinə uduzub - 16:19.

Qeyd edək ki, London Olimpiadasına 7 kişi, 1 qadın boksçu ilə yollanan millimizin artıq 3 idmançısı mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər