AFFA «Xəzər-Lənkəran»ın rəisini cəzalandırdı

XƏBƏR 2 Dekabr 2008 / 12:30 3438
-  A +

AFFA-nın İntizam Komitəsi Premyer- liqanın XIII turunda bir sıra futbolçuların və komanda rəsmilərinin davranışlarıyla bağlı qərarlar çıxırıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, “Turan” - “Qəbələ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Anar Qasımov rəqibi başı ilə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün futbolçu iki oyunluq kənarlaşdırılıb, klub isə iki min manat cərimələnib. Matçın 41-ci dəqiqəsində meydançaya kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi - “Turan” klubu iki min manat cərimə olunub.
“Qarabağ” - “Karvan” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
“Simurq” - “Xəzər-Lənkəran” matçının birinci hissəsi başa çatdıqdan sonra “Xəzər-Lənkəran” komandasının rəisi Səməd Mustafayev hakimlər briqadasını təhqir etdiyi üçün dörd oyunluq kənarlaşdırılıb, klub isə dörd min manat cərimə olunub.
MOİK - “Standard” matçında “Standard” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub beş yüz manat cərimə olunub.

Daha çox


Son xəbərlər