Nostalji. “Neftçi”nin avrokuboklardakı son qələbəsi (VİDEO)

VİDEO 17 İyul 2012 / 12:55 3646
-  A +

Bu gün “Neftçi”nin Çempionlar Liqasında Gürcüstan “Zestafoni”sinə qarşı keçirəcəyi oyun bu komandanın avrokuboklardakı 23-cü oyunu olacaq. Qol.Az-ın məlumatına görə, son Azərbaycan çempionu avrokuboklardakı 23 oyundan 8-də qələbə qazanıb, 11 matçda uduzub, 4 görüşdə isə heç-heçə edib.

“Neftçi”nin qitə miqyaslı yarışdakı son qələbəsi 2008-ci ilə təsadüf edir. Həmin vaxt İntertoto kuboku çərçivəsində komanda Bakı Rumıniyanın “Vasluy” klubuna 2:1 hesabıyla qalib gəlib. Qol.Az saytı bu qarşılaşmada “Neftçi”nin vurduğu qolları təqdim edir.

Qeyd edək ki, “Neftçi” – “Vasluy” görüşünü Azərbaycanın ən ünlü idman telejurnalistlərindən biri, hazırda fəaliyyətini jurnalistikadan kənar sahədə davam etdirən Altay Əliyev şərh etmişdi.




Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın